“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 5-ci turunda “Barselona”ya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, litvalı mütəxəssis rəqibin gücünə baxmayaraq, oyundan zövq almağa çalışacaqlarını bildirib:
"Meydançaya çıxıb oyundan ləzzət almalıyıq. “Barselona”nın gücünü və titullarını bilirik, onlarda zəif məqam tapmaq çətindir. Müdafiədə boşluqlarımız ola bilər, amma özümüzə güvənib əlimizdən gələni etməliyik. Bu matç özümüzü ən yaxşı tərəfdən göstərmək üçün yaxşı şansdır".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu saat 21:45-də start götürəcək.

