"Mançester Yunayted"in üzvü İtaliya klublarının hədəfində

"Mançester Yunayted"in üzvü Coşua Zirkzee karyerasını başqa klubda davam etdirə bilər.

1Sport.az xəbər verir ki, İtaliyanın “Komo” və “Napoli” klubları niderlandlını heyətinə qatmaq istəyir. Hər iki klub qış "transfer pəncərəsi"ndə "qırmızı şeytanlar"la danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə 11 oyuna çıxıb, 2 qola imza atıb.

0
🖨 Çap et ⚑ Şikayət et