İtaliyalı məşqçi Vinçentso Montella “Milan”ın baş məşqçisi olduğu dövrü xatırlayaraq klubla bağlı təəssüratlarını bölüşüb.
1Sport.az xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinə danışan mütəxəssis uşaqlıqdan “Milan” azarkeşi olduğunu və Marko van Basteni heyranlıqla izlədiyini bildirib:
“Bu, mənim arzum idi. Uşaqlıqda “Milan”ın çempionlarına azarkeşlik edirdim və Marko van Bastendən çox təsirlənmişdim. Silvio Berluskoni bəzən məşqçi qərarlarına müdaxilə etməyə çalışırdı. O, “Qızıl top” qazanan futbolçuların yer aldığı komandaya alışmışdı. Mən isə zarafatla ona bildirdim ki, əgər mənə belə bir futbolçu alsaydı, mən də hücumameyilli futbol oynadardım”.
Qeyd edək ki, Vinçentso Montella 2016-2017-ci illərdə “Milan”ın baş məşqçisi olub.

