“Bruklin Nets”in basketbolçusu Eqor Dyomin NBA karyerasında ilk dəfə üçxallıq atış etmədən 15 xal toplayıb.
1Sport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Baks”la qarşılaşmada iki xallıq atışlardan 6 cəhdin 5-ni, cərimə atışlarından isə 7 cəhdin 5-ni dəqiq yerinə yetirib. O, üçxallıq məsafədən etdiyi 5 atışın heç birində uğur qazanmayıb.
Qeyd edək ki, rusiyalı basketbolçu debüt mövsümündə hər oyuna orta hesabla 10,3 xal toplayıb və 2,4 üçxallıq atış reallaşdırıb.

