Muriqi: "Bu oyun həyati əhəmiyyət daşıyırdı"

“Fənərbağça”nın futbolçusu Vedat Muriqi “Şaxtyor” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.

1Sport.az xəbər verir ki, matçın ən yaxşı oyunçusu seçilən hücumçu qələbənin Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək baxımından böyük əhəmiyyət daşıdığını bildirib:

“Çox xoşbəxtəm, çox dəyərli qələbə qazandıq. Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək üçün bu oyun həyati əhəmiyyət daşıyırdı. Möhtəşəm azarkeş dəstəyi var idi. Sanki Kadıköydə oynayırdıq. Hamısına təşəkkür edirəm. Bu mükafatı həyat yoldaşıma həsr edirəm”.

Qeyd edək ki, “Fənərbağça” Çempionlar Liqasının 2026/27 mövsümündə keçirdiyi beş oyunda iki qələbə, iki heç-heçə və bir məğlubiyyətlə yadda qalıb.

0
🖨 Çap et ⚑ Şikayət et