“Bruklin Nets”in basketbolçusu Eqor Dyomin “Miluoki Baks”la qarşılaşmada yaxşı çıxış etməsinin səbəbini açıqlayıb.
1Sport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi uğurlu oyununun təməlində müdafiədəki fəaliyyətinin dayandığını bildirib:
“Düşünürəm ki, mənim üçün hər şey müdafiədəki oyundan başladı. Bütün diqqətimi buna yönəltmişdim. Qalan hər şey isə öz-özünə alındı. Çünki rəqibin hücumlarının qarşısını alır və sürətli əks-hücumlara çıxırdıq. Uğursuz bitirdiyim dunkı nəzərə almasaq (gülür). Tamamilə boş mövqelərdən atış imkanları yaradır və onlardan yararlana bilirdik”.
Qeyd edək ki, rusiyalı basketbolçu görüşü hər iki komandanın oyunçuları arasında ən yaxşı “+/-” göstəricisi ilə başa vurub. Onun aktivində “+15” olub.

