Svitolina Andreyevanın təbrikini təxribat adlandırıb

Ukraynalı tennisçi Elina Svitolina WTA-2026 İlin Yekun Turnirinin finalından sonra rusiyalı Mirra Andreyevanın ona ünvanladığı təbrikə münasibət bildirib.

1Sport.az xəbər verir ki, dünya reytinqinin 6-cı pilləsində qərarlaşan raketka ustası mükafatlandırma mərasimindəki davranışının səbəbini açıqlayıb:

"Finalda uduzmaq mənim üçün çox ağır idi. Andreyevanın məni təbrik etmək üçün sözlər axtaracağını bilirdim. Lakin Rusiya təmsilçiləri ilə əl sıxmadığımız və şəkil çəkdirmədiyimiz üçün bunu təxribat kimi qiymətləndirdim. Bu, mənim üçün çox xoşagəlməz idi".

Qeyd edək ki, finalda Elina Svitolinaya qalib gələn Mirra Andreyeva turnirin çempionu olub.

0
🖨 Çap et ⚑ Şikayət et