Polinis NBA-da basketbolçulara yaradılan güzəştləri tənqid edib

NBA-nın keçmiş mərkəz oyunçusu Olden Polinis liqanın yaşlı basketbolçuların istirahəti ilə bağlı siyasətini tənqid edib.

1Sport.az xəbər verir ki, o, xüsusilə 41 yaşlı Lebron Ceymsə və digər təcrübəli oyunçulara yaradılan xüsusi şəraitdən narazılığını bildirib:

"Karim Abdul-Cabbar, Kevin Uillis və Robert Periş üçün belə qaydalar yox idi. İndiki oyunçulara həddindən artıq güzəşt edirik və bu, basketbola zərər vurur. Hazırda isə basketbolçular zədələri olmadığı halda matçları buraxırlar".

Qeyd edək ki, 2023-cü ildən qüvvədə olan NBA qaydalarına əsasən, ulduz basketbolçular liqanın razılığı ilə ardıcıl günlərdə keçirilən iki matçdan birini buraxa bilərlər.

0
🖨 Çap et ⚑ Şikayət et