Emre Belözoğlu “Fənərbağça” tarixində ilkə imza atacaq

“Fənərbağça”nın baş məşqçisi Emre Belözoğlu UEFA Çempionlar Liqasında həm futbolçu, həm də məşqçi kimi klubu təmsil edən ilk şəxs olacaq.

1Sport.az xəbər verir ki, türkiyəli mütəxəssis “Şaxtyor”la keçiriləcək qarşılaşmada bu rekorda imza atacaq.

Belözoğlu futbolçu kimi 2008/2009 mövsümündə “Fənərbağça”nın heyətində Çempionlar Liqasının 3 oyununda meydana çıxıb. O, baş məşqçi kimi isə turnirdə debüt edəcək.

Qeyd edək ki, “Şaxtyor”un çalışdırıcısı Arda Turanla Emre Belözoğlunun qarşılaşması Çempionlar Liqası tarixində iki türkiyəli mütəxəssisin ilk dueli olacaq.

0
🖨 Çap et ⚑ Şikayət et