"Fənərbağça"da ciddi itki

"Fənərbağça" UEFA Çempionlar Liqasının 5-ci turunda Ukraynanın "Şaxtyor" komandası ilə keçiriləcək oyun üçün 22 nəfərlik iştirak ərizəsini açıqlayıb.

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində iki ciddi itki var. Zədəli olan Natan Ake və Marko Asensio qarşılaşmanın heyətinə daxil edilməyiblər.

Qeyd edək ki, İngiltərənin paytaxtı Londondakı "Stemford Bric" stadionunda baş tutacaq "Şaxtyor" – "Fənərbağça" matçı noyabrın 25-dən 26-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 

0
🖨 Çap et ⚑ Şikayət et