“Barselona”nın baş məşqçisi Hans Flik UEFA Çempionlar Liqasının 5-ci turunda sabah Bakı Olimpiya Stadionunda “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi rəqib barədə fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycan təmsilçisini yüksək qiymətləndirdiyini bildirib:
"Məşqçilər heyəti ilə rəqibi təhlil etmişik. “Sabah” futbol oynamağı sevən və konkret çərçivədə çıxış edən komandadır. Onlar La Liqa klublarına bərabər səviyyədədirlər. Gözəl oyun nümayiş etdirirlər və necə futbol oynamaq lazım olduğunu yaxşı bilirlər. Hər bir rəqibə hörmətlə yanaşırıq".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

