Elçin Məsiyev Dünya Çempionatında oyun idarə edəcək

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev U-17 Dünya Çempionatının növbəti oyununda baş hakim kimi meydana çıxacaq.

1Sport.az xəbər verir ki, o, qrup mərhələsinin III turunda keçiriləcək Vyetnam – Mali qarşılaşmasını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Qətərli Abdulhadi Alruyali dördüncü hakim, həmyerlisi Zahi Snaid Əlşammari isə ehtiyat köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Noyabrın 26-da Dohadakı “Aspire Zone” kompleksində baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


0
🖨 Çap et ⚑ Şikayət et