Elliott "Leykers”in çempionluğuna şübhə ilə yanaşır

“San-Antonio Spörs”in sabiq basketbolçusu Şon Elliott Los-Anceles “Leykers”inin müdafiə oyununu tənqid edib.

1Sport.az xəbər verir ki, amerikalı mütəxəssis komandanın çempionluq qazana bilməyəcəyini düşünür:

“Leykers” NBA çempionu olmayacaq. Komandanın ən yaxşı oyunçusu müdafiədə də yaxşı çıxış etməlidir”.

Qeyd edək ki, “Leykers” cari mövsümdə keçirdiyi 18 matçın 15-də qalib gəlib. Komanda Qərb Konfransında “San-Antonio” ilə liderliyi bölüşür.


0
🖨 Çap et ⚑ Şikayət et