AFFA "Turan Tovuz"un məşqçisi cəzalandırdı

“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov növbəti üç qarşılaşmanı buraxacaq.

1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XII turunda “Şamaxı” ilə oyunda baş verən insidentlə bağlı qərar çıxarıb.

Matçın ilk hissəsindən sonra rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan mütəxəssis 3 oyunluq cəzalandırılıb.

Bununla yanaşı, “Turan Tovuz” klubu 8000 manat cərimələnib. Qərar İntizam Məcəlləsinin 52.3-cü maddəsinə əsasən qəbul edilib.

0
🖨 Çap et ⚑ Şikayət et