Misli Premyer Liqasında 12-ci tur başa çatdı.
1Sport.az xəbər verir ki, 6 qarşılaşmada hakimlər ümumilikdə 22 dəfə əllərini ciblərinə atdılar.
Turun ən centilmen oyunu “İmişli” – “Zirə” matçı oldu. Cavid Cəlilov bu görüşdə cəmi 2 vərəqə göstərdi.
Turun ən aqressiv qarşılaşması isə “Kəpəz” – “Qarabağ” oyunu oldu. Referi Rauf Cabarov matç ərzində futbolçulara 5 vərəqə göstərdi.
Misli Premyer Liqası 12-ci turun oyunları üzrə vərəqə statistikaları:
"İmişli" – "Zirə" – 2 (1s ; 1s)
"Sumqayıt" – "Sabah" – 4 (3s, 1q ; 0s)
"Şamaxı" – "Turan Tovuz" – 4 (2s ; 1s, 1q)
"Şəfa" – "Qəbələ" – 3 (2s ; 1s)
"Araz-Naxçıvan" – "Neftçi" – 4 (2s ; 2s)
"Kəpəz" – "Qarabağ" – 5 (2s ; 3s)

