Yevlaxda 4 qol vuruldu, qalib müəyyənləşmədi- ŞƏRH

Premyer Liqanın 12-ci turunda "İmişli" "Zirə"ni qəbul edib.

1Sport.az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın 4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Əkbər Eyubovun kobud səhvindən sonra qonaqların oyunçusu Eren Aydın fərqlənməyə yaxın olsa da, zərbəsi qapıdan yan keçib.

 18-ci dəqiqədə təzyiqi artıran "qartallar" sol cinahdan Eren Aydınla növbəti hücumu qurublar. Onun ötürməsindən sonra Davit Volkovun zərbəsini "İmişli"nin qapıçısı Yusif İmanov dəf edib. Qayıdan topa Rikardo Martins təkrar zərbə endirsə də, qolkiper ikinci cəhddə də komandasını qoldan xilas etməyi bacarıb.

 32-ci dəqiqədə isə "İmişli" cərimə zərbəsindən sonra hesabı açmağa çox yaxın olub. Ronaldo de Souzanın başla zərbəsi qapıçının toxunuşundan sonra tirə dəyərək meydana qayıdıb.

44-cü dəqiqədə qonaqlar istəklərinə çatıblar. Cinahdan Dimitri Leqbonun başladığı hücumu Davit Volkov boş qapıya dəqiq zərbə ilə tamamlayıb – 0:1.

İkinci hissəyə də fəal başlayan "Zirə" 55-ci dəqiqədə fərqi iki topa çatdırıb. Rikardo Martins uzaq məsafədən baxımlı zərbə ilə topu tora göndərib – 0:2.

63-cü və 68-ci dəqiqələrdə müvafiq olaraq Ayxan Hüseynov və Dimitri Leqbonun uzaqdan qüvvətli zərbələri zamanı Yusif İmanov inamlı oyunu ilə diqqət çəkib.

Görüşün son 20 dəqiqəsində təşəbbüsü ələ alan "İmişli" əzmkar geridönüşə imza atıb.

71-ci dəqiqədə cərimə meydançasında topun Qismət Alıyevin əlinə dəyməsinə görə təyin olunan penaltini Seyxan Fərəcov dəqiq yerinə yetirib – 1:2. 

Cəmi 4 dəqiqə sonra Rikardo Martins öz qapısı qarşısında Seyxan Fərəcova qarşı qaydanı pozub və hakim ikinci dəfə 11 metrlik cərimə zərbəsi təyin edib. Yenidən topa yaxınlaşan Fərəcov dublunu rəsmiləşdirərək matçda yekun hesabı müəyyənləşdirib – 2:2.

20 noyabr 2026. Saat 14:30

Yevlax şəhər stadionu

150 tamaşaçı

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev

VAR: Kamranbəy Rəhimov

Köməkçi VAR hakimi: Kərim Zeynalov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Xuan Hernandes, 89 (qeyri-idman hərəkəti) // Mehdi Mişahşah, 31 (qeyri-idman hərəkəti)

Qollar: Seyxan Fərəcov, 71 (p.); 75 (p.) // Davit Volkov, 44; Rikardo Martins, 55

Artırılan vaxt: I hissədə - 4 dəq; II hissədə - 3 dəq.


“İmişli”:

Yusif İmanov

Azər Salahlı (k)

Fərid Nəbiyev (10. Dioqo Kardozu, 65)

İdris İnqilablı

Seyxan Fərəcov (42. Sebai Senin, 89)

Mehdi Tahirov (8. Xuan Hernandes, 65)

Əkbər Eyubov

Rafael Vieqaş

Ronaldo de Souza

Dioqo Almeyda

Luis Silvestr (6. Yau Mozes, 89)

 Ehtiyat oyunçular:

Sadiq Məmmədzadə

İmam Əli

Tuncay Yusifli

Murad Ələkbərov

Xəlil Mürsəlli

Toğrul Haqverdiyev

Baş Məşqçi: Ervins Perkons 


“Zirə”:

Maykon Kleyton

Qismət Alıyev (k)

Ayxan Hüseynov (2. Amin Seydiyev, 71)

Ruan Renato

Davit Volkov

Rikardo Martins

Filipe Vieyra (8. İsmayıl İbrahimli, 71)

Dimitri Leqbo

Eren Aydın

Mehdi Mişahşah

Kris Diqbeu (10. Giorgi Papunaşvili, 71)

Ehtiyat oyunçular:

Aydın Bayramov

Hüseynəli Quliyev

Hacıağa Hacılı

Elçin Əlicanov

Yusif Hacıyev

Dameyn Smit

Baş məşqçi: Rəşad Sadıqov

0
🖨 Çap et ⚑ Şikayət et