İrvinq bu səbəbdən "Boston"la görüşdə iştirak etməyib

“Dallas”ın 34 yaşlı basketbolçusu Kayrie İrvinq NBA-nın son turunda “Boston”a qarşı oyunda iştirak etməyib.

1Sport.az xəbər verir ki, buna səbəb avstraliyalı oyunçunun sol dizinin bərpası və fiziki yükünə nəzarət edilməsi olub. Əvvəlcə onun matçda iştirakı sual altında olsa da, sonradan heyətdən çıxarılıb.

Qeyd edək ki, İrvinq bu görüşdən bir gün əvvəl “Klivlend Kavalyers”ə qarşı oyunda 37 dəqiqə ərzində 34 xal toplayıb. O, 16 üçxallıq atışından 7-ni dəqiq yerinə yetirib.

0
🖨 Çap et ⚑ Şikayət et