"Qalatasaray"da keçirdiyi 4 mövsümün ardından müqaviləsi başa çatan və yaydan bəri klubsuz qalan Mauro İkardi İtaliya A Seriyasına qayıda bilər.
1Sport.az xəbər verir ki, azad agent statusu daşıyan 33 yaşlı argentinalı hücumçu özünü "Milan"a təklif edib.
"Rossoneri"nin gənc forvardı Françesko Kamardanı icarəyə göndərəcəyi təqdirdə, təcrübəli futbolçunu heyətinə qatmaq ehtimalının yüksək olduğu bildirilir.

