“Fənərbağça”nın zədəsini sağaldan futbolçusu yenə sıradan çıxdı

“Fənərbağça” ciddi itki ilə üzləşib.

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisinin üzvü Nathan Akenin zədəsi daha da pisləşib. Niderlandlı müdafiəçi fərdi məşq zamanı sağ baldırının aşağı hissəsində ağrı hiss edib.

Klubun açıqlamasında bildirilir ki, şikayətlər davam etdiyi üçün tibbi heyət bu gün MRT müayinəsi aparmaq qərarına gəlib. Nəticədə futbolçunun sağ baldırında, soleus əzələsində zədə aşkar edilib. Akenin müalicə və reabilitasiya prosesinə başlanılıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu "Fənərbağça"nın "Slaviya Praqa" ilə Çempionlar Liqası matçında zədələnmişdi və oktyabrın 20-dən bəri meydanlardan uzaqdır. Yeni zədə səbəbindən onun təxminən 4-6 həftə oyundan kənarda qalacağı gözlənilir.

+1
🖨 Çap et ⚑ Şikayət et