Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün sonuncu oyununa çıxıb.
1Sport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Lixtenşteynin qonağı olub.
Qarşılaşmada yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Yığmamız qələbə sayəsində liderliyini rəsmiləşdirib.
13 noyabr
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
23:45. Lixtenşteyn – Azərbaycan 0:1
Qol: Mahir Emreli, 26
Baş hakim: Kristo Tohver (Estoniya).
Vaduts, “Reynpark” stadionu.

