Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununa biletlərin satışı ilə bağlı yaranan suallara aydınlıq gətirilib.
1Sport.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq qarşılaşma üçün “Qarabağ”a qonaq klubun istəyi əsasında 976 bilet ayrılıb.
Azarkeşlərin yüksək marağı nəticəsində bütün biletlər, eləcə də Ağdam təmsilçisinin kvotası qısa müddətdə tükənib.
Ehtiyatda saxlanılan sonuncu – W-6 sektorunun biletləri bu gün satışa çıxarılıb və günün sonuna olan vəziyyətə görə cəmi 500 bilet qalıb.
W-6 sektorundan yer əldə etmək istəyən tamaşaçılar biletləri yalnız Gəncə Şəhər Stadionunun kassalarından ala biləcəklər. Kassalar sabah saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

