Misli Premyer Liqasının XII turu çərçivəsində noyabrın 22-də keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
1Sport.az xəbər verir ki, biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat.
Futbol azarkeşləri biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər.
Qeyd ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması noyabrın 22-də saat 17-də başlanacaq.

