“Qalatasaray”ın oyunçusu milli komandasının matçında zədələnərək oyundan çıxıb.
1Sport.az xəbər verir ki, Kolumbiya yığmasının şərəfini qoruyan Davinson Sançez Çiliyə qarşı yoxlama oyununda ayağından xəsarət alıb və qarşılaşmanın 24-cü dəqiqəsində meydanı tərk edib.
Müdafiəçi görüşdən sonra hər şeyin yaxşı olduğunu və oyunu yarıda buraxmasının önləm məqsədi daşıdığını açıqlayıb.

