"Fənərbağça" bu futbolçunun menecerinə xəbərdarlıq etdi

​"Fənərbağça" qış fasiləsində heyətinə yeni futbolçu qatmaq üçün Nelson Semedo ilə vidalaşmağı planlaşdırır. ​

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq 33 yaşlı müdafiəçinin meneceri Jorje Mendeşdən yanvarda ona yeni komanda tapmasını istəyib. ​

Qeyd edək ki, portuqaliyalı oyunçu cari mövsüm meydana çıxdığı 11 matçda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

0
🖨 Çap et ⚑ Şikayət et