Mövsümün əvvəlində "Fənərbağça"dan İngiltərə Premyer Liqası təmsilçisi "Koventri Siti"yə transfer olunan Sidiki Şerif yeni klubunda çətin günlər yaşayır.
1Sport.az xəbər verir ki, 24,5 milyon avroya transfer edilən 19 yaşlı fransalı hücumçu komandasında çox az oyun şansı qazanır. Gənc forvard cari mövsüm meydana çıxdığı 9 matçda cəmi 337 dəqiqə meydanda olub və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, son iki qarşılaşmada isə ümumilikdə 21 dəqiqə oynayıb.
Qeyd edək ki, Sidiki Şerif 2026-cı ilin qış transfer pəncərəsində Fransanın "Anje" klubundan "Fənərbağça"ya keçmişdi.

