"Trabzonspor"dan yeni transfer

"Trabzonspor" "Ludoqorets"in futbolçusu Deroy Duarteni heyətinə qatmaq istəyir.

1Sport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Tomas Raysın sabiq yetirməsi üçün rəhbərlik 2,5 milyon avro ödəməyə hazırdır. "Trabzonspor"un noyabrın 26-da səfərdə ÇSKA (Sofiya) ilə keçirəcəyi oyun zamanı "Ludoqorets"lə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Kabo-Verde millisinin 27 yaşlı üzvünün klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Cari mövsüm 11 oyuna çıxan yarımmüdafiəçi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0
🖨 Çap et ⚑ Şikayət et