"Milan"dan yeni transfer həmləsi

"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

1Sport.az xəbər verir ki, "rossonerilər" "Klub Brügge"nin oyunçusu Nikolo Tresoldini heyətinə qatmağı planlaşdırır. Bu barədə "Gazetta dello Sport" nəşri məlumat yayıb. 

Belçika klubu sözügedən hücumçu üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, 22 yaşlı oyunçu cari mövsüm 17 oyunda meydana çıxıb və 14 qola imza atıb.

0
🖨 Çap et ⚑ Şikayət et