"Bavariya"nın Luiz Diaz həsrəti bitdi

"Bavariya"nın üzvü Luis Diaz bərpa prosesində əhəmiyyətli irəliləyişə nail olub.

1Sport.az xəbər verir ki, kolumbiyalı ulduz bir neçə həftəlik fasilədən sonra komanda yoldaşlarına qoşulub. Vinger cümə axşamı kollektiv məşqdə iştirak edib.

Qeyd edək ki, cənubi amerikalı oktyabrda "Arsenal"la (2:2) qarşılaşmada zədələnmişdi. Bu səbəbdən o, Bundesliqada "Frayburq" (3:1), "Maynts" (2:1) və Dortmund "Borussiya"sı (2:2) ilə oyunları kənardan izləyib. Eyni zamanda hücumçu Çempionlar Liqasında "Atletiko" (2:0) matçında da komandasına kömək edə bilməyib.

0
🖨 Çap et ⚑ Şikayət et