"Aston Villa"nın oyunçusu "Valensiya"ya keçid edə bilər

"Valensiya" "Aston Villa"nın hücumçusu Temmi Abrahamı heyətinə qatmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, La Liqa təmsilçisi 29 yaşlı forvardı icarəyə götürmək və maaşının bir hissəsini ödəmək üçün İngiltərə klubuna müraciət edib.

Qeyd edək ki, futbolçu cari mövsüm meydana çıxdığı 11 matçda 3 qol vurub.

0
🖨 Çap et ⚑ Şikayət et