"Arsenal"ın hücumçusu komandadan ayrıla bilər

İngiltərənin "Arsenal" klubunun forvardı Viktor Qyökereşin gələcəyi qeyri-müəyyəndir.

1Sport.az xəbər verir ki, İsveç millisində məhsuldar oyunu ilə seçilən 28 yaşlı hücumçu London təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir.Mikel Artetanın az şans verdiyi futbolçunun qışda komandadan ayrılması gündəmdədir.

Qeyd edək ki, "Arsenal"ın 2025-ci ilin yayında "Sportinq"dən 70 milyon avrodan çox məbləğə aldığı forvard UEFA Millətlər Liqasının cari mövsümündə yığmada keçirdiyi 5 oyunda 6 qol vurub.

0
🖨 Çap et ⚑ Şikayət et