"Bayer"in hücumçusu Viktor Bonifeys qış transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.
1Sport.az xəbər verir ki, Leverkuzen təmsilçisi də cari mövsüm cəmi 3 rəsmi oyuna çıxan nigeriyalı forvardın gedişinə, o cümlədən icarəsinə qarşı deyil.
Artıq futbolçu ilə bağlı iki klubdan sorğu daxil olub.
Qeyd edək ki, hazırda komandanın üçüncü hücumçusu hesab olunan 25 yaşlı Bonifeysin "Bayer"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

