Malek Qrin: "Sumqayıt mənə doğma şəhəri xatırladır"- AÇIQLAMA

​“Sumqayıtı bəyənirəm, bura mənə doğma şəhəri xatırladır. Bakı böyük şəhərdir və biz paytaxtdan uzaqda deyilik. Sumqayıt isə sanki səs-küydən uzaqlaşıb sakit istirahət edə biləcəyin bir məkandır. Çölə çıxanda tanış simalar və xoş insanlarla qarşılaşırsan”.

​1Sport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın amerikalı basketbolçusu Malek Qrin klubun mətbuat xidmətinə müsahibəsində deyib.

​Təcrübəli oyunçu komandanın mövsümün ilk altı oyunundakı çıxışını və kollektiv daxilindəki ab-havanı belə dəyərləndirib:

​“İlk 6 oyunumuz enişli-çıxışlı keçdi. Açılış matçını qazandıq, ikinci görüşdə də hesabda öndə idik. Son oyunlar bizim üçün bir qədər çətin alındı, çünki mövsümöncəsi hazırlıq dövrümüz olmayıb. Ona görə də düşünürəm ki, hələ də formalaşma mərhələsindəyik və son səfər qələbəsini qazanmağımız çox yaxşı oldu. Komandada hamı sanki qələbəyə acdır. Bəzi çətinliklərimiz olsa da, hər birimiz tək bir məqsəd – daha yaxşı olmaq və qalib gəlmək uğrunda çalışırıq. Kollektivdəki ab-hava getdikcə yaxşılaşır”.

0
🖨 Çap et ⚑ Şikayət et