Argentina Futbol Federasiyası Skaloni ilə bağlı qərarını verdi

Lionel Skaloni Argentina millisinin baş məşqçisi postunda qalacaq.

1Sport.az xəbər verir ki, mütəxəssislə 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb. Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia cari ilin sonunda sözləşməsi bitəcək məşqçinin yığmada fəaliyyətini davam etdirəcəyini açıqlayıb. Beləliklə, o, cənubi amerikalıları üç mundiala çıxaran ilk şəxs kimi tarixə düşəcək.

Qeyd edək ki, 2018-ci ildən vəzifəsini icra edən Skaloni komandasına 2022-ci ildəki Dünya Çempionatında qızıl medal qazandırıb. Təcrübəli mütəxəssis həmçinin iki dəfə Amerika Kuboku və bir dəfə Finalissimada zəfər yaşayıb. Kollektiv bu yay təşkil olunan sonuncu mundialın həlledici matçında isə İspaniyaya məğlub olmuşdu.

0
🖨 Çap et ⚑ Şikayət et