Bu ölkədə UFC turniri keçirilə bilər

Qazaxıstanın Turizm və İdman naziri Yerbol Mırzabosınov ölkədə UFC turnirinin təşkili ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.

1Sport.az xəbər verir ki, ölkə rəsmisi prosesin fəal şəkildə aparıldığını bildirib:

“Bütün işlər görülüb. 2027-2028-ci illərdə Qazaxıstanda UFC turnirinin keçirilməsi ilə bağlı yekun qərarı ayın sonunda ictimaiyyətə təqdim edəcəyik”.

Qeyd edək ki, yarışın Qazaxıstanda keçirilməsi ilə bağlı planlaşdırılan ilk turnir 2020-ci ildə pandemiya səbəbindən ləğv olunub.

0
🖨 Çap et ⚑ Şikayət et