Kvaratsxeliya bu mükafatın sahibi oldu

Xviça Kvaratsxeliya Fransanın “GQ” jurnalının “İlin adamı” mükafatının qaliblərindən biri olub.

1Sport.az xəbər verir ki, nəşr gürcüstanlının 2025/26 mövsümündə Çempionlar Liqasının ən yaxşı futbolçusu seçilməsinin və PSJ-nin ardıcıl ikinci dəfə Avropanın ən yaxşısı olmasının bu məqama təsir etdiyini açıqlayıb.

Qeyd edək ki, mükafatın bu ilki qalibləri arasında fransalı MMA döyüşçüsü Salahdin Parnas da var.

0
🖨 Çap et ⚑ Şikayət et