İliya Topuriyanın məşqçisi Xesus Qallo döyüşçünün geri dönüş vaxtı ilə bağlı açıqlama verib.
1Sport.az xəbər verir ki, UFC-nin baş direktoru Dana Uayt gürcünün 2027-ci ilin əvvəlində oktagona qayıdacağını bildirsə də, məşqçi bunun onun hazırlığından asılı olduğunu vurğulayıb:
"Topuriya fiziki və psixoloji cəhətdən tam hazır olduqdan sonra döyüşəcək. UFC-nin fikirləri bizim üçün önəmli deyil. Əsas məqsədimiz qələbə qazanaraq çempionluq titulunu geri qaytarmaqdır".
Qeyd edək ki, 29 yaşlı İliya Topuriya peşəkar MMA karyerasında 17 qələbə və 1 məğlubiyyət əldə edib. Döyüşçü sonuncu dəfə 2026-cı ilin iyununda Castin Qeytci ilə qarşılaşıb. Bu döyüşdə karyerasında ilk məğlubiyyətini alıb. Həmin qarşıdurmada hər iki gözünün orbit sümüyünü, burun çəpərini və ayağını zədələyib.

