Ölümcül toqquşmaya səbəb olan qapıçının cəzası müəyyənləşdi

İspaniya II Liqasında "Tenerife"nin hücumçusu Xesus de Migelin ölümünə səbəb olan kobud müdaxiləyə görə "Andorra"nın qapıçısı Xesus Ovono 12 oyunluq cəzalandırılıb.

1Sport.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Qurumun açıqlamasında Ovononun rəqibinə qarşı həddindən artıq güc tətbiq etdiyi nəzərə alınaraq ona ən ağır sanksiyanın – 12 matçlıq diskvalifikasiyanın tətbiq olunduğu bildirilib.

Xatırladaq ki, noyabrın 2-də keçirilən görüşün 90+7-ci dəqiqəsində, meydanın mərkəz xəttinə yaxın hissəsində yaşanan toqquşma zamanı Ovononun dizi Xesus de Migelin sinəsinə dəyib. Ürəyi dayanan 30 yaşlı futbolçu xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bir gün sonra dünyasını dəyişib.

0
🖨 Çap et ⚑ Şikayət et