Avropa nəhəngləri "Napoli"nin üzvünü istəyir

"Milan" klubu "Napoli"nin yarımmüdafiəçisi Skott Maktomineyi heyətinə qatmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, Neapol təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan şotlandiyalı futbolçunun yeni saziş danışıqlarını illik 7 milyon avroluq maaş tələbinə görə dayandırılıb. 

"Real" və "Mançester Yunayted"in də maraqlandığı oyunçunun keçidində "rossoneri" gələcək forma sponsoru "Adidas"ın dəstəyinə güvənir.

Qeyd edək ki, Maktominey cari mövsüm meydana çıxdığı 8 matçda 2 qol vurub.

0
🖨 Çap et ⚑ Şikayət et