"Napoli" De Bröyneni bu məbləğə satır

"Napoli"nin Kevin De Bröyne transferi üçün müəyyənləşdirdiyi məbləğ bəlli olub.

1Sport.az xəbər verir ki, kluba belçikalı ulduz üçün 7 milyondan artıq təklif gələcəyi halda onu satacaq. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Neapol təmsilçisi yarımmüdafiəçini ötən ilin iyulunda heyətinə qatıb. O, cari mövsüm "Napoli" forması ilə 15 oyuna çıxıb və 4 qola, 2 məhsuldar ötürməyə imza atıb.

0
🖨 Çap et ⚑ Şikayət et