Vinsent Kompani yenidən klubun düşərgəsinə qayıdıb.
1Sport.az xəbər verir ki, 40 yaşlı çalışdırıcı artıq futbolçulara tapşırıqlarını vermək üçün "Bavariya"nın məşqlərinə də qoşulub. Noyabrın 20-də "Köln"ə qarşı baş tutacaq matçda komandanı meydana Kompaninin çıxaracağı gözlənilir.
Qeyd edək ki, mütəxəssis oktyabrın 23-də məşq prosesi zamanı qəfil halının pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Ona beyin qişasının qıcolması diaqnozu qoyulmuş və yıxılarkən çiynindən zədə almışdı.

