20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının ikinci mərhələsində İraq yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
1Sport.az xəbər verir ki, ilk matç noyabrın 17-də, saat 19:00-da "SOCAR Polymer Arena"da ("CBC Sport"), ikinci qarşılaşma isə noyabrın 20-də, saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda ("CBC Sport"un "YouTube" kanalı) canlı yayımla baş tutacaq.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə məşq edən komandamız noyabrın 16-dan etibarən hazırlığı Bakıda davam etdirəcək.

