"Aston Villa"da yeni müqavilə

"Aston Villa" futbolçusu Yan Matsen ilə yeni saziş imzalayıb.

1Sport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə müqavilə müddəti 2032-ci ilin iyununa qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı oyunçu 2024-cü ilin iyulundan etibarən Premyer Liqa təmsilçisinin şərəfini qoruyur.

Qeyd edək ki, Matsen cari mövsüm "Aston Villa"nın heyətində 11 oyuna çıxıb, lakin fərqlənməyi bacarmayıb.

0
🖨 Çap et ⚑ Şikayət et