I Liqada səkkinci tura yekun vurulur

Futbol üzrə Azərbaycan Birinci Liqasında bu gün səkkizinci tura yekun vurulacaq.

1Sport.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki matç saat 14:00-da başlayacaq. “Şahdağ Qusar” “Gəncəbasar”la, “Şimal” isə “Zaqatala” ilə üz-üzə gələcək.

Azərbaycan Birinci Liqa
Səkkizinci tur
20 noyabr
14:00. “Şahdağ Qusar” - “Gəncəbasar”

Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.

14:00. “Şimal” - “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Qeyd edək ki, dünən baş tutan oyunlarda “Mingəçevir” evdə “Baku Sportinq”i 1:0, “Karvan Yevlax” “Xankəndi”ni səfərdə 2:0 hesabı ilə məğlub edib, MOİK - “Səbail” matçında isə qalib müəyyənləşməyib - 0:0.

0
🖨 Çap et ⚑ Şikayət et