"Qaradağ Lökbatan" "Kür-Araz"ı futbol dərsi keçdi- ŞƏRH

II Liqanın 11-ci turunda autsayder "Kür-Araz" lider "Qaradağ Lökbatan"ı qəbul edib.
1Sport.az xəbər verir ki, oyun qonaqların erkən qolu ilə start götürüb. İlk dəqiqədə Əli Əlizadə hesabı açıb. Matçın 21-ci dəqiqəsində Sabir Allahquliyev fərqi 2 topa yüksəldib. 39-da penaltidən fərqlənən Əli Əlizadə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Birinci hissənin sonlarında meydan sahibləri dördüncü topu da qapılarında görməyə yaxın olub. Lakin dirək onların köməyinə çatıb.
Qəsəbə təmsilçisi ikinci hissəyə eyni templə başlayıb. İki dəqiqə ərzində 2 dəfə rəqib qapısına yol tapıb. Əvvəlcə 47-də İbrahim Novruzov, ardınca isə Ramil Orucov rəqibi cəzalandırıb. 62-ci dəqiqədə isə Əli Əlizadə het-trikini rəsmiləşdirib. 78-də meydan sahiblərinin nadir hücumlarından biri nəticəsini verib. Bayram Əliyev komandasının yeganə qolunun müəllifi olub. 82-də fərqlənən Əjdər Hacılı qarşılaşmada yekun hesabı müəyyənləşdirib. Matç Lökbatan təmsilçisinin 7:1 darmadağını ilə başa çatıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 30-a çatdıran "Qaradağ Lökbatan" ən yaxın izləyicisi "Marafon" ilə xal fərqini 4-ə yüksəldib. "Kür-Araz" isə 5 xalla 10-cu sırada qərarlaşıb.
16 noyabr 2026. Saat 14:00. Heydər Əliyev adına İmişli şəhər stadionu. Tamaşaçısız.
Hakimlər: Samir Musayev, Samir Cabbarov, Təhmin Cəlilbəyli, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Ağasən Əsgərov, 30 (qeyri-idman hərəkəti); Elxan Məmmədov, 69
(qeyri-idman hərəkəti) // İlkin Əliyev, 65 (qeyri-idman hərəkəti); Vüsal Alızadə, 88 (qeyri-
idman hərəkəti)
Qollar: Bayram Əliyev, 78 // Əli Əlizadə, 2, 40 (p.), 62; Sabir Allahquliyev, 22; İbrahim
Novruzov, 47; Ramil Orucov, 49; Əjdər Hacılı, 82
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - yoxdur.
“Kür-Araz”
1. Şöhlət Rəhimov
(12. Elçin Əliyev, 82)
13. Mirabbas Mirbabayev
2. Ağasən Əsgərov
9. Elxan Məmmədov
(16. Əli İbrahimli, 77)
10. Bayram Əliyev (k)
3. Cavid Abbasov
14. Tahir Zeynalov
(31. Davud Əhmədov, 46)
77. Museyib Vəlizadə
(5. İlkin Hüseynli, 48)
20. Sənan Həsənov
6. Həmzə Əliyev
22. Ramin Ağayev
Ehtiyat oyunçular:
4. İbrahim Əliyev
Məşqçi: Səfər Atakişiyev
“Qaradağ Lökbatan”
90. Fərman Bayramov
(1. Amin Fərhadzadə, 21)
17. Sabir Allahquliyev (k)
(15. Vüsal Alızadə, 58)
6. İsa Zeynallı
3. Nicat Əskərov
(22. Kamil Mahmudov, 58)
8. Ramil Orucov
(27. Əjdər Hacılı, 58)
5. İbrahim Novruzov
10. İlkin Əliyev
77. Nurlan Bayramov
21. Tural Axverdiyev
(14. Hüseyn Hüseynli, 16)
4. Amin Ağayev
11. Əli Əlizadə
Ehtiyat oyunçular:
7. Rəhman Quliyev
Baş məşqçi: Amit Quluzadə
0
🖨 Çap et ⚑ Şikayət et