Gənclər və İdman naziri Fərid Qayıbov “Eurosport”un nümayəndə heyətini qəbul edib.
1Sport.az xəbər verir ki, görüşdə qurumun Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard iştirak ediblər.
Tərəflər idman yarışlarının beynəlxalq miqyasda tanıdılması, media sahəsində əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
Söhbətə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də qatılıblar.

