"Şahdağ Qusar"dan darmadağın

Milli fasilədən istifadə edən "Şahdağ Qusar" yoxlama oyunu keçirib.
1Sport.az xəbər verir ki, I Liqa təmsilçisi "Zirə-2" ilə qüvvəsini sınayıb. Qarşılaşma bölgə klubunun 6:0 hesablı darmadağını ilə yekunlaşıb. 
Qeyd edək ki, Füzuli Məmmədovun komandası I Liqada 7 turdan sonra 18 xalla ilk pillədə qərarlaşıb. 
0
🖨 Çap et ⚑ Şikayət et