"Mançester Yunayted"in ulduzu Bruno Fernandeş klubla yeni müqavilə imzalamaqdan imtina edib.
1Sport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi rəhbərliyin ardıcıl ikinci cəhdinə "yox" deyib. Bu vəziyyət kapitanın mövsümün sonunda komandanı tərk etmə ehtimalını artırır.
Qeyd edək ki, rəsmilər futbolçunu əldə saxlamaq üçün ilk təklifini ötən yay irəli sürmüşdülər. Lakin əvvəlki müqaviləsində iki il əvvəl imza atan oyunçu o zaman da razılaşmamışdı.

