Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın daha bir idmançısı 1/8 finala yüksəlib.
1Sport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Mehdi Abbasov 1/16 finalda yerli idmançı Kamronbek Kodirovu məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Daha əvvəl 63 kq-da çıxış edən Hanna Zaytsevada 1/8 finala vəsiqə qazanmışdı.
81 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Cəsur İbadlı isə 1/16 finalda Tacikistan cüdoçusu Amincon Abducalilzodaya məğlub olaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, Azərbaycan ilk yarış gününü bir bürünc medalla başa vurub. Məhəmməd Musayev 66 kq çəki dərəcəsində üçüncü olub, Xədicə Qədəşova isə 57 kq-da beşinci yeri tutub.

