PSJ müdafiəçi ilə müqaviləni uzatmaq istəyir

PSJ komandanın kapitanı Markinyosla yeni müqavilə imzalamağı planlaşdırır.

1Sport.az xəbər verir ki, Paris klubu 32 yaşlı müdafiəçiyə 2029-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə təklif edib. Hazırda tərəflər müqavilənin detalları ilə bağlı danışıqlar aparırlar. Bu barədə RMC Sport nəşri məlumat yayıb.

Qeyd edək ki, braziliyalı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

0
🖨 Çap et ⚑ Şikayət et