"Qalatasaray" yanvarda 4 futbolçu ilə yollarını ayıracaq

"Qalatasaray" qış "transfer pəncərəsi"ndə heyətinə yeni oyunçular cəlb etmək üçün əcnəbi limitində və maaş büdcəsində yer açmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi yanvarda 4 futbolçu ilə vidalaşmağı hədəfləyir. Rəhbərlik icarə əsasında çıxış edən iki legioneri — 7 rəsmi matçda cəmi 123 dəqiqə meydanda olan Lesli Uqoçukvu ilə bu mövsüm 21 dəqiqə şans qazanan 21 yaşlı fransalı müdafiəçi El-Şaday Bitşiabunu göndərmək istəyir. 

"Sarı-qırmızılılar" müqavilənin vaxtından əvvəl ləğvi üçün 3 milyon avro tələb edən "Bernli" ilə ödənişsiz razılığa gəlməyə çalışır, Bitşiabunun isə məxsus olduğu "Leypsiq"ə qaytarılması gündəmdədir.

Bundan əlavə, az forma şansı tapan və yüksək məvacib alan yerli oyunçular — illik 4,5 milyon avro qazanan İlkay Gündoğanla 1,8 milyon avro maaş alan Kaan Ayhan üçün də uyğun təkliflər gələcəyi təqdirdə onların gedişinə şərait yaradılacaq.

0
🖨 Çap et ⚑ Şikayət et